BAKI, 5 mart — Sputnik. Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş “Beynəlxalq Təbəssüm Ordeni”nə layiq görülüb.
Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 11 mart 2016-cı il tarixdə keçiriləcək Ordeninin təqdimolunma mərasimində iştirak etmək üçün Aygün Bünyadzadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşa Respublikasına səfər edəcək.
Xatırladaq ki, 1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən “Təbəssüm Ordeni”nə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, XIV Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, Stiven Spilberq, Nelson Mandela, Vyaçeslav Kotyonoçkin, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı aktyor Ələkbər Hüseynov və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülüblər.
Qeyd edək ki, mükafat BMT Baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.