Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanda ən kiçik kitab İçərişəhərdə saxlanılır

Abunə olmaq
Bakının qədimi hissəsi olan İçərişəhərin küçələrindən birində dünyada yeganə olan miniatür kitablar muzeyi yerləşir. Muzey ildən-ilə kolleksiyasını genişləndirərək daha çox turist cəlb edir. Fərəhli haldır ki, unikal kolleksiya dünyada ən böyük həcmli olaraq qəbul olunub - onu Ginnessin rekordlar kitabına daxil ediblər.

Miniatür çap məhsulları səltənətinin yaradıcısı əməkdar mədəniyyət işçisi Zərifə Salahova həqiqətən unikal olan kolleksiyanı toplaya bilib. Kolleksiyada yeddi min beş yüzdən artıq kitab var. Buradakı ən qədim kitab Qurandır. Səudiyyə Ərəbistanından gətirilmiş müqəddəs kitab iki nüsxədədir və XVII əsrə aiddir.

"Çox az insan bilir ki, muzey açılanda 25 vitrində 3200 nüsxə var idi. İndi isə burada dünyanın 68 ölkəsində çap olunmuş 35 vitrində nümayiş etdirilən 5600 miniatür var. Onlardan 2913 kitab 75х75 mm formatındakı miniatür kitablardır», deyə Salahova bildirir.

Zərifə xanımın bildirdiyinə görə, Birinci Avropa oyunlarından sonra turistlərin sayı artıb və onların əksəriyyətini muzeyin ziyarətindən sonra heyrətlərini gizlətməyən rus turistlər təşkil edir.

"Rusiyalı turistləri daha çox gülərüzlülük, qonaqpərvərlik və əlbəttə ki, Azərbaycanın milli mətbəxi valeh edir", deyə əməkdar mədəniyyət işçisi qeyd edir.

Bundan əlavə, 1985-ci ildən başlayaraq Zərifə Salahova miniatür kitablar çap edir.

"Mən uşaqlar üçün mini kitablar seriyasını çap etdirdim. Ora yeddi kitab — Sabirin şeirləri, Azərbaycan xalq nağılları daxil idi. Bütün kitablar şəkillidir. Onların çoxunu məktəblərdə, ümumtəhsil tədbirləeində paylayıram", deyə Salahova əlavə edir.

Yeri gəlmişkən, ən maraqlı nəşrlərdən biri Rusiya prezidenti Vladimir Putinin Valdayda Beynəlxalq işgüzar klubun iclası zamanı etdiyi çıxışa həsr olunmuş kitabdır.

Muzey turistlər arasında populyardır, lakin paytaxt ictimaiyyəti də həmişə dünya mədəniyyəti nümunələrinin unikal toplusu barədə fəxrlə söz açır. Çünki Zərifə Salahovanın təşəbbüskarlığının sayəsində minlərlə bakılılar və paytaxtın qonaqları bu sərvətlə tanış ola bilirlər. Ən əsası, miniatür kitabın gözəlliyi ondadır ki, kiçik olsa da, özündə kitabın bütün keyfiyyətlərini ehtiva edir.

 

Xəbər lenti
0