CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında" layihələr səsə qoyularaq qəbul olunub.

BAKI, 4 mart — Sputnik. Parlamentin növbəti plenar iclasında iqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib.

Sputnik xəbər verir ki, millət vəkilləri Ziyad Səmədzadə, Əli Hüseynli və Fuad Muradov qanun layihələrinə dəyişikliklərlə bağlı məlumat veriblər.

Bu dəyişikliklər əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı texniki düzəlişlərdir.

Sonra "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, Mülki, Vergi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri, "Publik hüquqi şəxslər haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Kredit ittifaqları haqqında", "Poçt haqqında", "Sığorta fəaliyyəti haqqında" layihələr səsə qoyularaq qəbul olunub. 

Həmçinin, "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "İcbari sığortalar haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" və digər qanun layihələri qəbul edilib.

Xəbər lenti
0