Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar ABŞ-da əhalinin məşğulluq göstəricisinin açıqlanması ilə yüksəldi

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinin açıqlanması FED-in bu il faiz artırma ehtimalını güçləndirməsi ilə dollar yüksəlişə keçdi.

BAKI, 4 mart — Sputnik. Bu günə təsadüf edən və gözləntiləri aşan ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisini açıqlanması FED-in bu il faiz artırma ehtimalını güçləndirməsi ilə dollar yüksəlişə keçdi.

Məlumatların açıqlanmasından dərhal sonra dollar avro qarşısında dəyər qazanıb. 

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ABŞ valyutası fevral ayında gözləntiləri aşan məşğulluq göstəricinin ardınca yüksəldi. 

Məşğulluq göstəricisi 242 min oldu. Proqnoz isə 195 min idi. İşsizlik nisbəti fevral ayında yanvar ayına görə dəyişmədən 4.9 faiz oldu.

Qeyd edək ki, mart ayında FED-in iclası keçiriləcək. 

Xəbər lenti
0