ELM

“Sizə bir neçə axmaq adam sayaram ki, 5 dil bilir”

© Sputnik / Fuad HasanovTürkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub
Türkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyaca məşhur türk tarixçi İlbər Ortaylı Xəzər Universitetində olub.

BAKI, 4 mar – Sputnik. Türkiyənin dünyaca məşhur tarixçi professoru İlbər Ortaylı bugün Xəzər Universitetinin qonağı olub.

Sputnik xəbər verir ki, tədbir tələbələrdən ibarət musiqili orkestrın möhtəşəm ifası ilə başlayıb.  Daha sonra söz alan türk tarixçi İlbər Ortaylı Azərbaycan musiqi sənəti, ədəbiyyatı və ümumilikdə azərbaycan xalqının tarixdə qoyduğu izlər barədə geniş açıqlamalar verib. 

SSRİ dövründə Bakıya ilk gələndə şəhərə heyran qaldığını deyən qonaq, rusların bu binaları azərbaycanlılar üçün niyə tikdiyini anlaya bilmədiyini söyləyib:

“Bakını görəndə, yanımdakılardan soruşdum ki, axı ruslar bu yaxşılığı azərbaycanlılara nə əcəb edib?! Əlbəttə rus mədəniyyətinin yaxşı tərəfləri var amma, bütün şəhər başqası üçün belə möhtəşəm tikilməz axı!. Sonra öyrəndim ki, bu heç də belə deyil. Bakıya möhtəşəm görüntü verənlər, heyrətamiz binalar tikənlər elə azərbaycanlılar özləri olub. Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev və s. xeyriyyəçilər haqda geniş məlumatlar aldım, onların həyatını oxudum”.

Türk tarixçi İlbər Ortaylı, azərilərin tək şimalda yox, cənubda da heyrətamiz işlər bacardığını dedi:

“Bu millətin böyüklüyü Səfəvilər kimi dövlət qurmalarından bəllidir.  İnşaAllah bir gün yolunuz İsfahan şəhərinə düşər. Sizi əmin edirəm ki, İsfahan İslam dünyasında təkdir. Müsəlman coğrafiyasında heç bir şəhərdə elə plan, o cür körpülər, tarixi tikililər yoxdur. Çünki İsfahanı da azərilər qurub, azərilər yaradıb”.

Azərbaycan musiqisi və ədəbiyyatından da danışan Ortaylı bunları deyib:

“İstər İranda olsun, istər öz ölkələrində, istərsə də regionda musiqi sənətinin inkişafında azərilər qədər töhfə verən olmayıb. Bu sizin fəxrinizdir və bunun üzərində həmişə dayanın”.

© Sputnik / Fuad HasanovTürkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub.
Türkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub - Sputnik Azərbaycan
1/5
Türkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub.
© Sputnik / Fuad HasanovTələbələrdən ibarət musiqili orkestrın konserti.
Tələbələrdən ibarət musiqili orkestrın konserti - Sputnik Azərbaycan
2/5
Tələbələrdən ibarət musiqili orkestrın konserti.
© Sputnik / Fuad HasanovXəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib.
Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib - Sputnik Azərbaycan
3/5
Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib.
© Sputnik / Fuad Hasanovİlbər Ortaylı Azərbaycan musiqi sənəti, ədəbiyyatı və tarixi barədə ətraflı məlumat verib.
İlbər Ortaylı Azərbaycan musiqi sənəti, ədəbiyyatı və tarixi barədə ətraflı məlumat verib - Sputnik Azərbaycan
4/5
İlbər Ortaylı Azərbaycan musiqi sənəti, ədəbiyyatı və tarixi barədə ətraflı məlumat verib.
© Sputnik / Fuad HasanovTədbir başa çatdıqdan sonra İlbər Ortaylı müəllim və tələbə heyətilə xatirə şəkli çəkdirib.
Tədbir başa çatdıqdan sonra İlbər Ortaylı müəllim və tələbə heyətilə xatirə şəkli çəkdirib - Sputnik Azərbaycan
5/5
Tədbir başa çatdıqdan sonra İlbər Ortaylı müəllim və tələbə heyətilə xatirə şəkli çəkdirib.
1/5
Türkiyəli tarixçi professor İlbər Ortaylı (solda) Xəzər Universitetinin qonağı olub.
2/5
Tələbələrdən ibarət musiqili orkestrın konserti.
3/5
Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı tədbirdə giriş nitqi söyləyib.
4/5
İlbər Ortaylı Azərbaycan musiqi sənəti, ədəbiyyatı və tarixi barədə ətraflı məlumat verib.
5/5
Tədbir başa çatdıqdan sonra İlbər Ortaylı müəllim və tələbə heyətilə xatirə şəkli çəkdirib.

Poliqlot kimliyi ilə də tanınan İlbər Ortaylı, tələbələrə bu sahədə öz məsləhətini verib:

“Bir neçə dildə danışa bilmək müsbət keyfiyyətdir ancaq adam olmaq üçün yetərli deyil. Sizə bir neçə axmaq adam sayaram ki, 5 dil bilir”.

Professor, kitab oxuma həvəsini artırmağın yollarını da açıqladı:

“Kitab oxuyanda şübhələnsəniz, həmin kitabı kənara qoyub, başqasını oxuyun. Çünki hər kitaba güvənmək olmaz. Xüsusilə də tarixi kitablara. Heç ensklopediyalara da inanmayın. Yəqin ki, bir çoxunuz “Sovetskaya Bolşoy ensklopediyanı” xatırlayır. O kitablarda nə doğru idi ki?!”

Tədbir başa çatdıqdan sonra İlbər Ortaylı müəllim və tələbə heyətilə xatirə şəkli çəkdirib. 

Xəbər lenti
0