Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda dəhşətli qəza: 14 nəfər xəsarət alıb

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
8 nəfər Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır. 6 nəfər isə özləri evə getdikdən sonra həkimə müraciət edib.

BAKI, 4 mart — Sputnik. Bu gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Aeroport yolunda 160 saylı marşrut avtobusla "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşın toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sputnik-ə bildirib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 14 nəfər xəsarət alıb, ölüm qeydə alınmayıb. 8 nəfər Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır. 6 nəfər isə özləri evə getdikdən sonra həkimə müraciət edib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər lenti
0