SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentin iclası başladı

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin bugünkü plenar iclasında 43 məsələ müzakirə olunacaq

BAKI, 4 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclası işə başlayıb. Sputnik xəbər verir ki, iclasda "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, Vergi, Mülki, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında, "Publik hüquqi şəxslər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Banklar haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Bank olmayan kredit təşkilatları haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Kredit ittifaqları haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclisin martın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub

Bundan başqa, "Poçt haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "İnvestisiya fondları haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

Həmçinin, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə və digər məsələlərə baxılacaq.

Xəbər lenti
0