Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ötən il manatla olan pul kütləsi 50,6% azalıb

© banco.azmanat
manat - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 3 mart-Sputnik. Ötən il manatla geniş pul kütləsinin azalmasının səbəbləri açıqlanıb.

Sputnik-in məlumatına görə, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, ötən il manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 50,6% azalıb.

Məlumata əsasən, pul kütləsinin dinamikası əsasən valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb.

Hesabatda həmçinin qeyd olunub ki, bu hal əsasən iqtisadi subyektlərin öz nağd və qeyri-nağd yığımlarını xarici valyutaya konvertasiya etmələri ilə əlaqədardır.

Xəbər lenti
0