Alimlərdən qorxunc proqnoz: yarım milyon insan öləcək

© ecos.kiev.uaHava tullantıları
Hava tullantıları - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsulları və qida zənciri üzərindəki təsirini araşdırıblar

BAKI, 3 mart — Sputnik. İngilis mütəxəssisləri iqlim dəyişikliyinin kənd təsərrüfatı məhsulları və qida zənciri üzərindəki təsirini araşdırıb. Və təəccüblü nəticələr əldə edilib.

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Oxford Universitetinin mütəxəssisləri 35 il ərzində insanların qida əldə etmək imkanının azalacağını və bu vəziyyətdən doğan xəstəliklər nəticəsində ən az 500 min insanın həyatını itirəcəyini açıqlayıblar. Oxford Universitetinin ekspertlərinin hazırladığı iqlim dəyişikliyi araşdırmasının nəticələri "The Lancet" adlı tibb jurnalında nəşr edilib.

Araşdırmaya görə, iqlim dəyişikliyi, sel və fırtına kimi hadisələri meydana gətirir. Ayrıca iqlim dəyişikliyinə bağlı olaraq bir çox məhsulda itki və keyfiyyət azalır.

Mütəxəssislərə görə, kənd təsərrüfatı məhsullarında azalma insanların gündəlik istehlakının azalmasına gətirib çıxaracaq. Meyvə istehlakında azalma nisbəti 4 faizə çatacaq.

Azalan meyvə və tərəvəz istehlakı isə infarkt, xərçəng və iflicə bağlı ölüm hadisələrinin sayını artıracaq. Mütəxəssislər iqlim dəyişikliyi ilə bağlı həyatını itirə biləcək insanların sayını 529 min olaraq hesablayıblar.

Hesabata görə, qida azalmaları ən çox Cənub-Şərqi Asiya bölgələrinə təsir edəcək. Mütəxəssislər ayrıca, Yunanıstan və İtaliyanın da təhlükədə olduğunu söyləyiblər.

Dünya Bankı tərəfindən keçən il nəşr olunan bir hesabatda da iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edilmiş, 15 il içində 100 milyon insanın yoxsullaşmasına gətirib çıxaracağı deyilmişdi.

Xəbər lenti
0