CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qlobal problemlər müzakirə olunacaq

© Photo : Şəxsi arxivindənRamin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini
Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini - Sputnik Azərbaycan
Abunə olmaq
"Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumunda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir

Müasir dünyanın əsas problemləri Bakıda müzakirə olunacaq
BAKI, 3 mart — Sputnik. 10-11 mart tarixlərində "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumu keçiriləcək. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Keçiriləcək forumla bağlı Sputnik-in suallarını Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Ramin Məmmədov cavablandırıb.

- IV Qlobal Bakı Forumunda hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?

— Forum sadəcə dövlət və siyasi xadimlərinin bir zirvə toplantısı xarakteri daşımır. Forum öz işində bir sıra mühüm və dünya ictimaiyyətini narahat edən məsələlərin müzakirəsinə də kifayət qədər vaxt və zəmin yaradacaq. IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr xüsusi bir panel şəklində müzakirə olunacaq. Eləcə də, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

- Sizcə, bu Forum, eləcə də qlobal mövzuların müzakirə olunduğu görüşlər hansı nəticəni hasil edəcək?

— 300-dən artıq böyük siyasi və ictimai nüfuza malik olan dövlət və hökümət nümayəndələrinin Bakı şəhərində toplanıb dünya məsələlərini müzakirə etməsi, artıq bu problemlərin həll olunması və onlarla bağlı geniş aspektdə fəaliyyətin göstərilməsi istiqamətində ciddi addımlardan biridir. İstənilən qlobal problem ilk növbədə müzakirə edilir, fərqli həll yolları tapıldıqdan sonra isə bu nəzəri bilik və müzakirələrin nəticəsi kimi praktiki addımların atılması gözlənilir. Dünyanın bir çox şəhərlərində, bu və ya digər sahədə keçirilən ənənəvi xarakter daşıyan qlobal forumlar artıq öz müsbət nəticələrini verməkdədir.

- Tədbirin dünya miqyasında təbliği üçün daha hansı addımlar atılır?

— Forum ənənəvi illik zirvə toplantısı xarakteri daşıyır. Bundan başqa il ərzində dünyanın bir çox nöqtələrində qlobal toplantılar, hökümət və dövlət rəsmi nümayəndələrinin iştirakı ilə müzakirələr və panellər həyata keçirilir. Bunlar da öz növbəsində forumun, təşkilatların fəaliyyətinin dünya mediasında müsbət təbliğinə zəmin yaradır. Gələcək fəaliyyət bu təşkilatın sadəcə Bakı Qlobal Forumu çərçivəsi ilə deyil, eyni zamanda müxtəlif böyük qlobal platformalarla da birgə əməkdaşlığa kifayət qədər müsbət təsir göstərir.

Qeyd edək ki, IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Xəbər lenti
0