BAKI, 3 mart — Sputnik. Rusiyanın əməkdar artisti Nataliya Kraçkovskaya Moskva şəhərində vəfat edib. Sputnik Rusnovosti.ru-ya istinadən xəbər verir ki, aktrisa 78 yaşında dünyasını dəyişib. O, ürək xəstəliyindən əziyyət çəkirdi.
Fevralın 27-də mikro-infarkt keçirən aktrisa xəstəxanaya yerləşdirilib. 4 gün reanimasiyada qalan Nataliya Kraçkovskayanı həkimlərin müalicəsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Nataliya Kraçkovskaya keçmiş SSRİ məkanının tanınmış aktrisası olub. 80-dən çox bədii filmdə çəkilən aktrisanın ən məşhur rolları "İvan Vasiliyeviç peşəsini dəyişir", "12 stul", "Bu, şən planet" və s. filmlərdə ifa etdiyi obrazlar olub.