Almaniyanı birləşdirib SSRİ-ni dağıdan

© novostimira.netMixail Qorbaçov
Mixail Qorbaçov - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 2-də 85 yaşı tamam olan Sovet İttifaqının birinci və axırıncı prezidenti Mixail Qorbaçovu Azərbaycan xalqı necə xatırlayır...

Almaniyanı birləşdirib SSRİ-ni dağıdan
Dağıdıcı, vətən xaini, Azərbyacan xalqının düşməni… 

BAKI, 2 mar — Sputnik. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi (1985-1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti Mixail Sergeyeviç Qorbaçov 85 yaşını qeyd edir.

Bəziləri ona dünya tarixində çevriliş edən adam deyirlər. Qorbaçovun gəlişi ilə sovetlərdə “qlastnost”, “perestroyka” kimi rus kəlmələri dillər əzbərinə çevrildi. “Soyuq müharibə” dayandı, Avropada Berlin divarlarının sökülməsi ilə “dəmir pərdə” qalxdı və iki yerə bölünən Almaniya birləşdi.

Bəs onu Azərbaycanda necə xatırlayırlar? Heç şübhəsiz ki Azərbaycan xalqının yaddaşında o, hər şeydən öncə 1990-cı ilin 20 yanvar faciəsinin müəllifi kimi qalıb.

Sənətşünas Ziyadxan Əliyev “Sputnik”ə açıqlamasında bildirib ki, o, Azərbaycanda onu yalnız düşmən kimi xatırlayırlar:

“O, Azərbaycan xalqının yaddaşında qaniçən, Azərbaycan xalqının düşməsi, ermənilərin dostu, qantökən bir insan kimi qalıb. Onun dövründə keçmiş SSRİ məkanında və o cümlədən Azərbaycanda ilk dəfə sənət adamlarının qanı tökülüb”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə də Qorbaçovu xəyanətkar insan kimi xatırlayır: “Onu SSRİ-ni dağıdan, öz vətəninə xəyanət edən, Azərbaycan xalqının düşməni olan mənfur bir insan kimi xatırlayıram”.

“Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs də Qorbaçovu SSRİ-nı dağıdan bir şəxs kimi xatırlayır. Şairin sözlərinə görə, bundan ən çox Azərbaycan xalqı zərər gördü:

“Qorbaçov SSRİ kimi bir imperiyanın rəhbəri idi. Onun yerinə kim olsa başçılıq etdiyi imperiya ilə dünyanı dağıdardı, Qorbaçov isə dünyanı deyil, məhz SSRİ-nı dağıtdı. Təbii ki, o, bunu tək etmədi, bu böyük bir plan idi. Çox təəssüflər olsun ki, o, SSRİ-nı hamıdan daha çox bizim başımıza uçurdu – 20 yanvarda, Qarabağ hadisələrində, Xocalı soyqırımında. Nə qədər ki, Azərbaycan torpaqlarından işğalçı qoşunlar çıxarılmayıb, o vaxta qədər Qorbaçovun etdikləri Azərbaycanın yaddaşında qara ləkə kimi qalacaq”.

Əgər Qorbaçov Rusiya hüdudlarından kənarda sülhsevər bir insan kimi tanınırsa, Rusiyada “Qorbaçov yenidənqurması” ilk növbədə ərzaq defisiti, uzun növbələr, fəlakətli iqtisadi islahatlar və həyat səviyyəsinin düşməsi ilə xatırlanır. Fransanın “Le Temps” qəzetinin məlumatına görə, 1990-cı ildə Sovet imperiyasında qan tökmədən dəyişikliklərə nail olduğuna görə, Nobel sülh mükafatına layiq görülən Qorbaçovu rusların yalnız on nəfərdən biri sevir. Ruslar arasında aparılan sorğunun nəticələrinə görə, ölkə əhalisinin 47 faizi Mixail Qorbaçova “etinasız” yanaşır, 20 faizi ona nifrət edir, yalnız 10 faiz isə “hörmət”lə yanaşır. Respondentlərin 3/4-ü həmin dövrün hər hansı bir “nailiyyətləri”ni xatırlaya bilməyiblər, onların 1/3-i Qorbaçovun təxribatı nəticəsində SSRİ-nin dağılmasına təəssüfləndiyini dilə gətirib.

Bəs Azərbaycanda gənc nəsil necə, onlar da Qorbaçovun kim olduğunu bilirlər? 

“Sputnik” əməkdaşı bu məsələ ilə bağlı 53 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri arasında sorğu keçirib. 9-11-ci siniflərdə təhsil alan şagirdlərin böyük bir hissəsi (80% yaxını) Mixail Sergeyeviç Qorbaçovu tanıdıqlarını deyiblər. Şagirdlərin fikrincə, Qorbaçov Azərbaycanın düşmənlərindən biridir. Bunun səbəbi isə onun Qarabağ hadisələrində tutduğu qərəzli mövqe və 20 yanvar hadisələrinin müəllifi olması göstərilir.

Xəbər lenti
0