Üç tona yaxın pulun nümayiş etdirildiyi muzey çöküb

© AKSAMEsat Kaplan və onun pulları
Esat Kaplan və onun pulları - Sputnik Azərbaycan
Abunə olmaq
Esat Kaplan: O qədər illərim, əməyim dağıntıların altında qaldı.

BAKI, 2 mar — Sputnik. Qaziantepdə yaşayan və pul kolleksiyası yığan Esat Kaplan evinin bəzi hissələrini öz imkanları ilə muzeyə çevirərək otaqlarda təxminən 3 tona yaxın pulunu nümayiş etdirirmiş. 

Sputnik Milliyət-ə istinadla xəbər verir ki, gecə evdə yatdığı zaman səs-küyə oyanan Esat Kaplan muzey olaraq istifadə etdiyi otaqlarda çökmə meydana gəldiyini görüb. Binanın köhnə və tarixi olduğunu söyləyən Kaplan çökmənin  son dövrlərdə yağan yağışlar səbəbindən meydana gələ biləcəyini deyib.

İnşaatda işləyərək dolanan Kaplanın dağılan muzeydəki pulları isə dağıntıların altında qalıb. 

Öz imkanları ilə muzeyi yaratdığını vurğulayan Kaplan lazımlı dəstəyi görə bilmədiyini söyləyib. Kaplan deyib ki, hazırda dağıntıların altında qalan pullarımı toplayıram. O qədər illərim, əməyim dağıntıların altında qaldı. Hələ də dağıntıların altında pullar qalıb və onları da çıxardıqdan sonra kolleksiyamı təkrar biraraya gətirəcəyəm. Əgər burada dəstək alsam, pulları burada sərgiləməyə davam edəcəyəm. Əks təqdirdə pulları Avropaya aparacağam.

O, bildirib ki, 10 ildən çoxdur ki, Qaziantepdə fəaliyyət göstərir. 

“Dünyada tək bir pul muzeyi var, ikincisi yoxdur. Başqa yerlərdə muzeylər var, amma yaxın tarixin pullarını nümayiş etdirirlər. Burada isə eramızdan əvvələ də aid bir çox kolleksiyam var. Bu kolleksiyaya sahib çıxmazlarsa, başqa ölkələr çıxacaq. Digər ölkələr də bu pulu istəyir”, deyə o vurğulayıb. 

Xəbər lenti
0