Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah 15 dərəcə isti olacaq

© Sputnik / Murad OrujovЯсная погода в Баку
Ясная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 2 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq. 

Xəbər lenti
0