BAKI, 2 mart – Sputnik. Bu gün səhər Lerik rayonunda Veri Əliabad kənd məktəbinin direktoru və üç uşaq atası Rəhimov Adil Yaqub oğlu özünü ov tüfəngindən açdığı atəşlə özünü öldürüb.
Lerik rayon poilis idarəsindən Sputnik-ə verilən məlumata görə, 58 yaşlı Rəhimov özünü böyük qardaşının qəbri üstündə öldürüb.
İntiharın səbəbi aydındır: Rəhimov bu gün erkən saatlarda qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində Rəhimov qonşusu Qurbanov Səid Baloğlan oğluna bıçaqla bir neçə zərbə endirib. Daha sonra Rəhimov qonşusunu güllə ilə vurmaq istəsə də, hədəfə dəyməyib. Yaralanmış Qurbanov Lənkəran rayon xəstəxanasına aparılıb. Rəhimov isə hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn əməliyyatçılar onu axtarmağa başlayıblar. Direktorun qohumları onun mərhum qardaşının evində ola biləcəyi fikrini irəli sürüblər. Polislər həmin evə çatanda evdən 20 metr aralıda qəbrin üzərində əyləşmiş kişi fiqurunu görüblər. Onlar yaxınlaşdıqda həmin şəxsin Rəhimov olduğunu və direktorun artıq cansız olduğunu görüblər. Rəhimov tüfənglə özünü öldürüb.
Qonşular arasında mübahisə Qurbanovun Rəhimovun torpağına göz dikməsi ilə başlayıb.