SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ANS-dən Mehriban Əliyeva mükafat

© AzərtacMehriban Əliyevaya ANS-in mükafatı verilərkən
Mehriban Əliyevaya ANS-in mükafatı verilərkən - Sputnik Azərbaycan
Abunə olmaq
ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin adamı" mükafatı Azərbaycanın 1-ci xanımına təqdim edilib.

BAKI, 1 mart-Sputnik. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin adamı" mükafatının təqdim edilməsi mərasimi keçirilib.

H.Əliyev fondundan Sputnik-ə verilən məlumata görə, mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.

Burada qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "2015-ci ilin adamı" mükafatı ilə "Bakı-2015" birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərə, ölkəmizdə multikulturalizm mühitinin inkişaf etdirilməsinə verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.

© AzərtacANS şirkətlər qrupunun prezidenti Vahid Naxış və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva
ANS şirkətlər qrupunun prezidenti Vahid Naxış və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva - Sputnik Azərbaycan
ANS şirkətlər qrupunun prezidenti Vahid Naxış və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyeva

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən, ANS Şirkətlər Qrupu tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Daha sonra V. Mustafayev "2015-ci ilin adamı" mükafatının diplomunu və pul mükafatını Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib.

Qeyd edək ki, təqdim edilən pul mükafatı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin hesabına köçürüləcək.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti
0