BAKI, 1 mart — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Komissiyanın üzvü Mehdi Mehdiyevin APA-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.
Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.
M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.