CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 150-dən çox şirkət iştirak edəcək

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiBirinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi. Arxiv şəkli
Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində 150-dən çox şirkətin iştirakı təsdiqlənib.

BAKI, 1 mart — Sputnik. Bu ilin payızında II Azərbaycan Beynəlxalq Müdafiə sərgisi — ADEX 2016 keçiriləcək.

“Caspian Event Organisers” şirkətindən APA-ya verilən məlumata görə, sərgi çərçivəsində müasir silah və texnikalar, eyni zamanda milli müdafiənin güc və qüdrəti nümayiş etdiriləcək.

ADEX sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir: “Tədbirə olan marağı nəzərə alaraq 2016-cı ildə sərginin iş müddəti 4 günə qədər uzadılıb”.

Qeyd olunub ki, artıq 150-dən çox şirkət ADEX 2016 sərgisində iştirak edəcəyini təsdiqləyib: “İsrail, Çin, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançaları rezervasiya edib”.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX 2014) keçirilib. Sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edib.

200-dən artıq hərbi ekspert, mütəxəssis və şirkət nümayəndələrinin qatıldığı sərgidə Azərbaycan özünün müdafiə sənayesi müəssisələrində istehsal edilən 168 adda məmulat nümayiş etdirib.

Xəbər lenti
0