ABŞ və Rusiya Suriyada razılığa gəldilər

© REUTERS / Alaa Al-FaqirSuriyada dağıntılar
Suriyada dağıntılar - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar hesab edir ki, atəşkəs razılaşması hələ bu ölkədə daimi sabitliyin olması demək deyil.

ABŞ və Rusiya Suriyada razılığa gəldilər
BAKI, 1 mart — Sputnik. ABŞ-nın dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ və Rusiya Suriyada İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün razılığa gəliblər. O həmçinin vurğulayıb ki, Vaşinqton və Moskva Suriyadakı atəşkəs rejiminə ciddi əməl olunmasına çalışır. “Mətbuta açıqlama verməsək də Suriyadakı atəşkəsi qorumaq üçün əlimizdən gələni edirik”, deyə Kerri bildirib.

Bəzi təhlilçilər hesab edir ki, regionda açar oyunçulardan sayılan Türkiyə və İrandan gizli aparılan və onların da razılığı olmayan anlaşmalar çətin ki, yetərli effekti versin. Atəşkəsin dayanıqlı və uzunömürlü olması üçün təkcə iki dövlətin — Rusiya və ABŞ-ın razılaşması yetərli deyil.

Politoloq Tofiq Abbasov İŞİD və “Cəbhət ən-Nüsra”ə qarşı birgə kolasiyanının fəaliyyətini qeyri-real sayır:

“Suriya və Şimali İraqda bu qruplaşmaları q idalandıran dairələr müxtəlif ölkələrin xüsusi orqanları, analitik təşkilatları ilə bilavasitə əlaqəlidirlər. Ötən ilin sentyabrın sonunda Rusiya bu prosseslərə qarışmasaydı indi müşahidə etdiyimiz vəziyyət heç də bu tərzdə inkişaf etməzdi. Şərq kolasiyası meydana gələndən sonra orada vəziyyət xeyli dəyişilib. Orada mövcud olan terror şəbəkələrinin sütunu artıq sarsılıb. Pat vəziyyəti yaranmasın deyə Amerika adminsitrasiyası ilə Rusiyanın siyasi rəhbərliyi belə bir qərara gəldilər ki, hansısa səyləri bir yerdə həyata keçirsinlər ki, müvəqqəti də olsa sülh bərpa olunsun və Suriya dövlətinin müqadəratı həllini tapsın. Yəni ABŞ və müttəfiqləri Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması gündəmdən çıxarmırlar. Rusiya isə öz tərəfdaşalrına bildirir ki, bu sonranın işidir. Əvvəlcə gərək məsələnin mexanizmi tapılsın sonra isə bütün bu məsələlər öz həllini tapa bilər”.

Tofiq Abbasov ABŞ və Rusiyanın hansısa bir qruplaşmaya qarşı birlikdə əməliyyat keçirəcəyinə inanmadığını deyir:

“Zənnimcə buna ehtiyac yoxdur.  Çünki fövqəl dövlətlər gəlişi gözəl sözlər səsləndirirlər ancaq reallıqda onların tətbiq etdiyi strategiya başqadır. Hərəsi öz işin görür. Hansısa bir müstəvidə anlaşma üçün çox böyük zəmin var. Ola bilsin ki, Kerri və Lavrov səviyyəsində hansısa əməliyyatlar keçirilsin. Çünki, Rusiya tərəfi bildirdi ki, lazım gələrsə havadan zərbələr olacaq. “Cəbhət ən Nüsra” və İŞİD kimi təşkilatlar razılaşmaya qatılmayıblar. Onlar mübarizəni dayandırmayıblar. Onların ətrafında olan xırda qruplaşmalarda onlara dəstək verirlər. Ola bilsin ki, bunlarla bağlı hansısa bir əməliyyat keçirilsin. Ancaq, vahid əməliyyatın keçirilməsinə zəmin yoxdur”.

Politoloq İlqar Vəlizadə isə Suriyanın indiki vəziyyətində atəşkəs əldə olunması ilə bağlı razılığı müsbət qiymətləndirir. Politoloqun sözlərinə görə bunun özü Suriya üçün böyük nailiyyətdir:

“Tərəflərin vahid cəbhə qurulması üçün mümkün dərəcədə təminata ehtiyacı var. Yəni, “Cəbhət ən-Nüsra” və digər terror təşkilatları ilə mübarizə üçün belə bir cəbhənin yaranmasını bir bünövrə kimi hesab etmək olar. Lakin, bu cəbhənin terrorçu qruplarla mübarizədə nə dərəcədə faydalı olacağını zaman göstərəcək. Tərəflər isə bir-birilə toqquşmalardan maksimum dərəcədə özlərini sığorta eləməyə çalışırlar. Əlbəttə tərəflər deyəndə Qərb və Rusiyadan söhbət gedir. Onlar Suriyada bir-birilə vuruşmaq istəmirlər. Amma, belə təhlükələr getdikcə çoxalırdı. Bu atəşkəsin əldə olunması ən azı bu istiqamətdə vəziyyətin inkişaf etdirilməsinin qarşısını aldı”.

Politoloqun fikrincə, Suriyanın gələcəyi hələ də müammalı olaraq  qalır. İlqar Vəlizadə qeyd edib ki, Suriyada hər şey tərəflərin növbəti addımlarından asılıdır.

“Tərəflərin isə tezlilklə belə addımları atmasını gözləmirəm”, deyə politoloq vurğulayıb.

Xatırladaq ki, Suriyada atəşkəs razılığına ABŞ və Rusiyanın məsləhətləşməsindən sonra bu ilin fevralının 22-də nail olunub. BMT Təhlükəsizlik Şurasında bu razılaşma əsasında qətnamə qəbul edilib. Atəşkəs rejiminin gözlənilməsi İŞİD, “Cəbhət ən-Nusra” və onlara aid olan terrorçu qruplaşmalara şamil edilmir.

Xəbər lenti
0