BAKI, 1 mart – Sputnik. Bu gün səhər saatlarında Ağdam rayonunun Xındırıstan kəndində 1962-ci il təvəllüdlü Məhəmmədəli Mövsüm oğlu Atapurun öz evində asılmış halda cəsədi tapılıb. Bu barədə Sputnik-ə Ağdam rayon Prokurorluğundan məlumat verilib.
İlkin məlumatlara görə, mərhum banka böyük məbləğdə borcu olduğu üçün özünü asıb. Onun işsiz olduğu bildirilir. Hazırda fakt üzrə Məhəmmədəli Atapurun ailə üzvlərinin ifadələri alınır.