BAKI, 1 mart – Sputnik. Dünən paytaxtın Nərimanov rayonunda naməlum şəxslər yerli sakinin evində iki seyfi qarət ediblər. Nərimanov rayon polis idarəsindən verilən məlumata görə, onlar 90 min manat pul və 30 min manat həcmində qızıl əşyaları apara biliblər.
Hadisə Faiq Yusubov küçəsində yaşayan Səhrab Allahverdiyevin evində baş verib.
Oğrular Allahverdiyevin mənzilinə qapını açarla açaraq daxil olublar. Onlar seyfləri özləri ilə götürməyərək evdə yarıblar. Onlardan birində pul, digərində isə nağd pul olub. Mənzilin sahibi yalnız axşam evə qayıtdıqdan sonra hadisədən xəbər tutub.
Hələlik fakt üzrə heç kəs tutulmayıb. Araşdırma davam edir.