BAKI, 1 mart — Sputnik. Bakıda kompüter salonlarına qənim kəsilmiş şəxs saxlanılıb.
Sputnik-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan oyun aparatı oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov tutulub.
Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 7 nəfərə məxsus kompüter salonlarından oyun aparatı və məişət əşyaları oğurlaması da müəyyən edilib.