BAKI, 1 mart — Sputnik. Konstitusiya Araşdırmalar Fondunun sədri, Əfv Komissiyasının üzvü, keçmiş deputat Əliməmməd Nuriyevin qardaşı Vahab Nuriyev vəfat edib.
Əliməmməd Nuriyev Sputnik-ə açıqlamasında bildirib ki, qardaşı bir ay əvvəl insult keçiribmiş.
“Xəstəxanada yatırdı, özü də yaxşı idi. Evə gəlişini gözləyirdik. Amma bu səhər qara xəbərini aldım”, deyə Nuriyev bildirib.
Onun sözlərinə görə, mərhum Hövsanda dəfn ediləcək.
Qeyd edək ki, bu gün Əliməmməd Nuriyevin doğum günüdür.