BAKI, 29 fev — Sputnik. “Ötən il 2500-ə qədər şəxs adı qadağan edilib və onların siyahısı “ASAN Xidmət” mərkəzlərinə göndərilib”.
Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova 2015-ci il üzrə hesabat məruzəsi zamanı deyib. O bildirib ki, ötən il şəxs adlarının düzgün yazılışı, uşaqlara adların verilməsi zamanı yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı “ASAN xidmət” mərkəzlərinə köməklik göstərilib.
S. Sadıqova qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğəti hazırlanıb.