BAKI, 29 fev — Sputnik. Son illərdə iqtisadiyyatını və müdafiə sənayesini sürətlə inkişaf etdirən Türkiyə müxtəlif ölkələrdə terrora qarşı strateji hərbi hücumlar reallaşdırdı. Terror təşkilatları ilə mübarizəsini davam etdirən Türkiyəyə hərbi təhsil verməsi və baza qurması üçün ölkələrdən gələn tələblər də artır.
Bu barədə Sputnik Türkiyənin Star qəzetinə istinadla xəbər verir.
Somalidə Türkiyənin quracağı hərbi baza terrorizmlə qlobal mübarizənin Afrika ayağı olaraq da tarixə keçəcək.
Terrorla mübarizəsini Afrika buynuzu olaraq adlandırılan strateji bölgədəki Somaliyə daşıyacaq olan Türkiyə burada quracağı hərbi bazada somalili əsgərlərə təhsil verəcək. Türkiyə beləliklə, ABŞ, Fransa, İngiltərə və Yaponiyadan sonra Afrikada hərbi bazaya sahib olan 5-ci ölkə olacaq.
Somalidə ən gec yazın sonunda tamamlanacaq hərbi bazaya ilk mərhələdə 200 əsgər gedəcək və burada 10 min 500 somalili əsgər və polisə, “Eş Şabab” terror təşkilatıyla mübarizə üçün təhsil verəcək.
Qaynaqlar Somalidə qurulacaq hərbi bazanın Mogadişu hökumətinin təklifi nəticəsində həyata keçirildiyini vurğulayıb.
Türkiyə imzaladığı müdafiə razılaşması çərçivəsində Qətərdə də Orta Şərqdəki çox məqsədli ilk hərbi bazasını quracaq. Buradan əsasən təhsil və ortaq manevr üçün istifadə ediləcək. Digər tərəfdən dünyanın ən varlı ölkələrindən olan Qətər ABŞ-ın Orta Şərqdəki ən böyük bazasına də ev sahibliyi edir. ABŞ bazasında 10 minə qədər şəxsi heyət var. Somalinin dünyanın ən kritik və əhəmiyyətli dar su yolu keçidlərindən biri olan Bab Əl-Məndəb boğazına uzun bir sahili var. Bab Əl-Məndəb boğazından gündə 3,5 milyon barrel neft axışı təmin edilir. Bu, bütün Orta Şərq neftinin 30 faizinə bərabərdir.
Bundan başqa, Avropa Birliyinin, Çin, Yaponiya, Hindistan və Asiyanın digrə ölkələrlə etdiyi ticarətin az qala hamısı bu boğaz vasitəsilə təmin edilir.