"İslam ordusu" 200 min əsgərlə manevrə başlayıb

© zerohedge.comSəudiyyə əsgərləri
Səudiyyə əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Bu manevr Yaxın Şərqdə istər əsgər sayına, istərsə ərazinin genişliyi baxımından indiyədək təşkil edilən ən böyük hərbi manevr olaraq xarakterizə edilir.

BAKI, 29 fev — Sputnik. Səudiyyə Ərəbistanında aralarında Türkiyənin də olduğu 20 ölkədən ibarət olan "İslam ordusu"na bağlı təxminən 200 min əsgərin qatıldığı "Şimalın göy gurultusu" manevri başlayıb.

Sputnik CNN-Türk-ə istinadla xəbər verir ki, bu manevr Yaxın Şərqdə istər əsgər sayına, istərsə ərazinin genişliyi baxımından bu günə qədər təşkil edilən ən böyük hərbi manevr olaraq xarakterizə edilir.

Manevrdə 20 ölkədən 200 minə yaxın əsgərin iştirakı ilə yanaşı, 100 döyüş təyyarəsi və yüzlərlə quru döyüş vasitəsi qatılıb. 

Xəbər lenti
0