Federika Mogerini: İranla Qərbin razılığı bütün dünyaya fayda verəcək

© Sputnik / Артем Житенев / Mediabanka keçidФедерика Могерини. Архивное фото
Федерика Могерини. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Aİ-nin ali komissarı: Bu razılaşma nəticəsində Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya daha təhlükəsiz olub.

BAKI, 29 fev — Sputnik. "İranla bağlı razılaşma regiona və dünyaya fayda verəcək".

Sputnik Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini deyib. Ermənistanda səfərdə olan Mogerini bu fikirlərini "Mediamax" agentliyinə müsahibəsində deyib. 

"Bu razılaşma nəticəsində Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya daha təhlükəsiz olub. İran üzrə anlaşma bölgədə hadisələrin inkişafına daha müsbət təsir göstərə bilər", — deyə o qeyd edib.

Xəbər lenti
0