CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2 milyon insan işsiz qalacaq

Abunə olmaq
Adamları kütləvi şəkildə işdən çıxaracaqlar.

BAKI, 29 fev-Sputnik. Çinin müxtəlif bölgələrində mədən və polad sektorunda çalışan təxminən 2 milyon adamın işdən çıxarılacağı açıqlanıb.

Китай - Sputnik Azərbaycan
Ucuz Çin malı dünyanı basacaq

Sputnik Milliyet-e istinadla xəbər verir ki, Çin bir çox sektorda meydana gələn tam istehsal həcmi (bir firma və ya firma qrupunun istehsalının ən yüksək həddində tələblə təklif arasında uyğunsuzluğun yaranması) problemini həll etmək üçün işçiləri ixtisar etmək qərarına gəlib.

Çinin insan resursları və sosial təhlükəsizlik naziri Yin Veimin, bu qərarın kömür sektorunda 1,3 milyona yaxın, polad sektorunda da 700 mindən çox işçiyə təsir edəcəyini söyləyib.

Yin Çin hökumətinin daha əvvəl bu problem və ləngiyən iqtisadiyyatla bağlı belə bir tədbir görmədiyini, bu üsulu ilk dəfə tətbiq edəcəyini vurğulayıb.

Xəbər lenti
0