Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ekspert: qeyri-leqal mühacirlərin bir hissəsi Azərbaycandan deportasiya olunub

Abunə olmaq
Azərbaycanda əmək bazarında məşğul olan çoxlu sayda mühacir var. 2015-ci il ərzində Azərbaycanın sərhədini 230-240 min miqrant ən azı bir dəfə keçib.

Bu barədə Sputnik-ə müsahibəsində Həyat ictimai birliyinin sədri Azər Allahverənov bildirib. Onun sözlərinə görə, ölkəyə ən çox ziyarətçi axını Birinci Avropa Oyunlarının keçirildiyi 2015-ci ilin yayında olub.

"Rəsmi məlumatlara görə, bu gün ölkə ərazisində 28 min miqrant yaşayır və əmək fəaliyyəti ilə məşğul olur. Onların əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Sayca ikinci yeri Gürcüstan vətəndaşları tuturlar. Həmçinin Rusiya, İran və Hindistandan çoxlu mühacirlər var", — deyə Allahverənov bildirir.

Ekspertin fikrincə, əmək fəaliyyəti ilə məşğul olan, lakin rəsmi sənədlərdə qeydə alınmayan mühacirlərin sayı dəfələrlə çoxdur, çünki işəgötürənlərin əksəriyyəti müvafiq qurumlardan əcnəbi vətəndaşları işə götürmək barədə icazə almayıblar.

Allahverənovun sözlərinə görə, hazırda ölkə ərazisində 134 min mühacir var.

Xəbər lenti
0