ELM

Zaman maşını məhz bu mərkəzdə düzəldilə bilər

© Sputnik / Yevgeniy BiyatovYüksək çətinlikli Prototipləşdirmə injinirinq mərkəzi
Yüksək çətinlikli Prototipləşdirmə injinirinq mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva polad və ərintilər institutu yüksək texnoloji İnginirinq mərkəzinin tikintisi başa çatdırıb.

BAKI, 29 fev — Sputnik. “Moskva polad və ərintilər institutu” Elmi-tədqiqat texnologiya universiteti (ETTU “MPvƏİ” — NİTU “MİSiS) yüksək çətinlikli Prototipləşdirmə injinirinq mərkəzinin tikintisini başa çatdırıb. Mərkəz payızda fəaliyyətə başlayacaq. Bu barədə universitetin rektoru Alevtina Çernikova müxbirlərə məlumat verib.

Yaradıcıların niyyəti ilə Mərkəz Rusiya və dünya sənayesi üçün yüksək çətinlikli funksional prototiplərin yaradılması və sənaye dizaynı üzrə universal müasir yüksək texnoloji rəqəmli laboratoriya olacaq.

“Prototipləşdirmə injinirinq mərkəzi məhz ETTU “MPvƏİ”-də (NİTU “MİSiS) yaradılıb, çünki son zamanlar universitet materialşünaslıq, metallurgiya və mədən işi sahəsində  Rusiyada aparıcı ali təhsil müəssisəsi olub”, deyə Çernikova əlavə edib. 

Onun sözlərinə görə, çətin texniki məsələlərin həlli üçün bütün lazım olan infrastruktur universitetdə var. 

“Rusiya alimləri nizam-intizam arası yanaşmanı tələb edən milli və qlobal miqyaslı məsələlərlə daha tez-tez rastlaşmalı olurlar, və heç bir laboratoriya təklikdə onları həll etməyəcək. Bizim universitetin infrastrukturu bunu xarici mütəxəssislərlə əməkdaşlıqda etməyə alimlərə kömək edəcəkdir,  deyə o bəyan edib. 

ETTU “MPvƏİ” (NİTU “MİSiS), motivasiyası olan tələbələrin hazırlığından başlayaraq innovasiya məhsullarının işlənib hazırlanmasının tam silsiləsini Mərkəzin meydançasında təşkil etməyi nəzərdə tutur.  

"Bizim gücümüz universitetin biznes-cəmiyyətlərin çağırışlarına layıqıncə cavab verə bilməsini, şəxsi elmi gündəliyini tərtib etməyi bacarmasını, və əlbəttə ki, bu cür yüksək texnoloji mərkəzlərdə işləyəcək mütəxəssisləri hazırlaya bilməsini təmin etməyə yönəlib”, deyə Alevtina Çernikova qeyd edib. 

Mərkəzin fəaliyyətinin əsas istiqamətləri – aviasiya, biomühəndislik, tibb, kosmonavtika, HSK-dır. Mərkəzin əməkdaşları Rusiyanın aparıcı korporasiyaları üçün bir sıra layihələri artıq həyata keçiriblər. Onların arasında “Energiya” RKK-nın sifarişi ilə yeni nəsil kosmik gəminin prototipinin, “Zvezda” EİM ilə əməkdaşlıqda kosmonavtlar üçün yeni kürsünün yaradılması var.  "Prototip – əvvəllər mövcud olmayan obyektdir. Yeni kosmik gəmi, avtomobil və ya peyk icad edilən zaman onu birinci dəfə inşa etmək lazımdır. Rusiyada belə iş həmişə müəssisələrin bazasında aparılırdı, lakin bu gün onların çox az faizi bunu özlərinə rəva görə bilərlər. Ona görə biz multisahəli məntəqə yaratmağı qərara gəldik. Burada praktik olaraq istənilən obyekti düzəltmək olar. Dünyada belə mərkəzlər, yəqin ki, hələlik yoxdur", deyə Mərkəzin rəhbəri – sənaye dizayneri, Soçi-2014 olimpiya məşəlinin yaradıcısı Vladimir Pirojkov jurnalistlərə bildirib.

Mərkəzin rəhbəri, texniki ali təhsil müəssisələrinin tələbələrində işə düzəlmə ilə problemlər olmasın deyə peşəkar təhsilin real istehsalata maksimal yaxınlaşmasının vacibliyini növbəti dəfə vurğulayıb.  

"Biz tələbələrimizi yeni həyata adaptasiya etməyə qərara aldıq. Bunun üçün biz Massaçuset texnologiya institutu ilə əməkdaşlığı düzəltdik, bir neçə italyan universitetləri ilə birgə tətbiqi maqistratura haqqında danışıqlar aparırıq. Biz həmçinin istəyirik ki, xaricdə işləyən rusiyalılar qayıdıb Rusiyada işləyə və yaşaya bilsinlər.  Və bizim Mərkəzimiz bir çox alim və mühəndislər üçün “maqnit” ola bilər”, deyə o qeyd edib.

Mərkəzin istehsalat bazası – dizaynın müasir tələblərinə cavab verən texnoloji tədqiq etmənin yüksək dərəcəli sənaye nümunələrini və balaca seriyaların yüksək dəqiqliyi olan detallarını istehsal etməyə malik olan texnoloji avadanlıq və dəzgahların 29 yeni vahidləridir.  Mərkəzin ümumi sahəsi — 3,5 min. kv. m-dir.

Mərkəzin funksionalı rəqəm formatında mürəkkəb funksional məmulatları hesablamağa və inşa etməyə imkan verəcək. Yaradılan obyektin ölçüləri mikrondan 20 m qədər dəyişə bilər. 

"Bizim mərkəzimiz alimlər üçün bir növ “sehrli çubuq” olacaq. Əgər kimdəsə antiqravitasiya yaratmaq, və məsələn zamanda yer dəyişmək arzusu varsa, bizdə bunu etməyə cəhd göstərmək mümkün olacaq", deyə Vladimir Pirojkov zarafat edib. 

Xəbər lenti
0