BAKI, 29 fev — Sputnik. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb.
Sputnik-in məlumatına görə, iki günlük səfər çərçivəsində onun Azərbaycan rəsmiləri ilə və Milli Məclisdə görüşləri nəzərdə tutulur.
Bundan başqa, P. Aqramuntun vətəndaş cəmiyyətinin təmsilçiləri, mətbuat nümayəndələri görüşləri də planlaşdırılır.