CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İctimai Televiziyanın əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb

© APAİctimai Televiziyanın (İTV) mərhum əməkdaşı Rəşad Əliyev
İctimai Televiziyanın (İTV) mərhum əməkdaşı Rəşad Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 29 fev — Sputnik. İctimai Televiziyanın (İTV) əməkdaşının ölümü faktı üzrə cinayət işi başlanıb.

Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

İtkin düşəndən 35 gün sonra R. Əliyevin meyiti “Cristall Hall” yaxınlığında dənizdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib.

R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Xəbər lenti
0