BAKI, 29-fev-Sputnik. AXC hakimiyyəti dönəmində Tərtər rayonunun İcra Hakimiyyətinin başçısı olmuş Sərdar Həmidov dünən axşam saatlarında vəfat edib.
Bu barədə məlumatı Sputnik-ə mərhumun yaxınları verib.
Məlumata görə, Sərdar Həmidov uzun müddət imiş ki, ağır xəstəlikdən əziyyət çəkirmiş.
S. Həmidov keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır. O, AXC-nin hakimiyyəti dövründə Tərtər Özünümüdafiə Batalyonunun komandiri olub.