Tehrandan parlamentdə yerlərin əsas hissəsinə islahatçılar sahib olublar

© Sputnik / Andrey Steninİran əhalisi
İran əhalisi - Sputnik Azərbaycan
Abunə olmaq
İslahatçılara yaxın "Ümid" koalisiyasının namizədləri Tehrandan parlamentdə yerlərin əsas hissəsinə sahib olublar.

BAKI, 28 fev — Sputnik. Tehran şəhərinin seçki nəticələrinin açıqlanması ilə məlum olub ki, islahatçılara yaxın "Ümid" koalisiyasının namizədləri bu şəhərdən parlamentdə yerlərin əsas hissəsinə sahib olublar.

APA-nın məlumatına görə, "Ümid" koalisiyasından səs toplamış şəxslər arasında sabiq prezident, islahatçı Məhəmməd Xatəminin müavini Məhəmmədrza Arif siyahıda liderdir.

Seçkilərin ölkə üzrə nəticəsi göstərir ki, mühafizəkarlar parlamentdə əksər kürsüləri əldə edib, lakin çox önəm daşıyan paytaxt Tehranda islahatçılar qələbə qazanıb.

Xobreqan Ekspertlər Şurası seçkilərində Tehranda sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani ən çox səs toplamaqla birinci, hazırkı prezident Həsən Ruhani ikinci yerdədir.

Xobreqan Ekspertlər Şurası seçkilərində baş verən önəmli məsələlərdən biri də hökuməti tənqid edən nüfuzlu ruhanilərdən olan Ayətullah Misbah Yəzdinin səs toplaya bilməməsidir.

Ümumilikdə yeni parlament hazırkı parlamentlə müqayisədə çox dəyişikliklərə məruz qalacaq.

Belə ki, yeni parlamentdə hökumətə yaxın cinahlar güclənə bilib.

Hələlik İranın Daxili İşlər Nazirliyi seçkilərin tam nəticəsi və əhalinin seçkilərdə iştirak sayını açıqlamayıb.

Xəbər lenti
0