BAKI, 27 fev — Sputnik. Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın Tovuz rayon hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 54 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.
Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.