BAKI, 27 fev-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasınını prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
Sputnik Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, telefon söhbətində İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib. Azərbaycan prezidenti həmçinin səfərin nəticələrindən çox məmnun olduğunu bildirib.
Prezidentlər sözügedən səfərdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsinin açıldığını qeyd ediblər.
Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Prezident İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.