BAKI, 27 fev — Sputnik. Böyükşor gölü üzərindən səkkiz zolaqlı yol çəkiləcək.
"APA-Economics" xəbər verir ki, sözügedən yol Ziya Bünyadov prospekti (Dərnəgül şossesi) ilə Balaxanı-Binəqədi yaşayış məntəqələrinə gedən yolu birləşdirəcək.
Yol A kateqoriyalı olacaq.
Artıq onun çəkilməsi üçün eni 36 metr, aşağı hissəsinin eni isə 94 metr olan bəndin tikintisi başa çatdırılıb.