Suriyada atəşkəs 1-ci günündə pozuldu

© REUTERS / Omar SanadikiРазрушенные здание в сирийском городе Рабия
Разрушенные здание в сирийском городе Рабия - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

BAKI, 27 fev – Sputnik. Suriyanın qərbindəki Hama əyalətinin Salamiya şəhərində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində ən azı iki nəfər ölüb.

Sputnik xəbər verir ki, hələlik partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib. Maraqlıdır ki, partlayış Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Suriyada atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib.

Qeyd edək ki, ölkədə müharibənin getdiyi beş ildə ilk dəfə atəşkəs barədə razılaşma əldə olunub.

Xəbər lenti
0