BAKI, 27 fev – Sputnik. Dünən İran parlamentinə keçirilmiş seçkilərdə ilkin məlumatlara görə, mühafizəkarlar və islahatçılar liderlik edir.
Sputnik en.mehrnews.com-a istinadən xəbər verir ki, hazırki ana qədər 40 min seçki qutusu açılıb. İlkin nəticələrə görə, seçicilərin 60%-i mühafizəkarlara, 30%-i islahatçı və hökumət tərəfdarlarına, 10%-i isə müstəqil namizədlərə səs verib.
Paytaxt Tehran və digər böyük şəhərlərdəki səslər hələ tam hesablanmayıb. Bu səbəbdən səsvermənin nəticələri dəyişə bilər.
Seçki günü seçici fəallığı isə 70%-dən çox olub. Tehrandan təxminən 3, ölkə üzrə ümumilikdə isə təqribən 33 milyon nəfər səs verib.