BAKI, 27 fev — Sputnik. Bakıda mənzildə külli miqdarda pul oğurlanıb.
Sputnik-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 min ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.