BMT baş katibliyinə 6 namizəd iddialıdır

© Sputnik / Mediabanka keçidЗдание ООН в Нью-Йорке. Архивное фото
Здание ООН в Нью-Йорке. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib.

BAKI, 27 fev – Sputnik. "Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır".

Sputnik Report-a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib.

"Namizədlərin üçü kişi, üçü qadındır. Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)", — deyə Mogens Lyukketoft bildirib.

O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib. Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib.

M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq.

Xəbər lenti
0