BAKI, 27 fev – Sputnik. Türkiyәnin Baş naziri Əhməd Davudoğlu Suriyadakı әtәşkәs müqavilәsinin hiylәli olduğunu söylәyib. Bu barədə Sputnik trt-yə istinadən xəbər verir.
Müqavilәyә baxıldığı zaman hiylәlәrin dәrhal fәrq edildiyini vurğulayan Davudoğlu: ''Müxalifәt, Suriya rejiminә, Rusiya vә İrana hücum etmәyәcәk. Bәs müxalifәtә hücum etmәmә zәmanәti varmı'' deyә reaksiya göstәrib.
DEAŞ vә Nusra cәbhәsinin atәşkәsә daxil edilmәdiklәrini vurğulayan Davudoğlu: ''Rusiya әl Nüsrәni bәhanә edәrәk Hәlәbi bombalayır. Bu sәbәbdәn atәşkәs risk altındadır. Tәәssüf ki, bu Rusiyanın hiylәsidir'', deyә bildirib.