Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İTV-nin itkin düşən əməkdaşının intihar etdiyi məlum olub

© APAİctimai Televiziyanın (İTV) mərhum əməkdaşı Rəşad Əliyev
İctimai Televiziyanın (İTV) mərhum əməkdaşı Rəşad Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün meyit ailəsinə təhvil veriləcək.

BAKI, 27 fev — Sputnik. İctimai Televiziyanın (İTV) 35 gün əvvəl itkin düşmüş əməkdaşı Rəşad Əliyevin intihar etdiyi məlum olub.

Onun meyiti ötən gün “Cristall Hall” yaxınlığında dənizdə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Rəşad Əliyevin meyiti üzərində heç bir zorakılıq əlamətləri və xəsarətlər aşkar edilməyib. Onun intihar etdiyi ehtimal olunur. Bu gün meyit ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Xəbər lenti
0