Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Qərb Rusiyada keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşır

© Sputnik / Michael Klimentyev / Mediabanka keçidDecember 17, 2015. Russian President Vladimir Putin at the 11th annual news conference at the World Trade Center on Krasnaya Presnya
December 17, 2015. Russian President Vladimir Putin at the 11th annual news conference at the World Trade Center on Krasnaya Presnya - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: 2015-ci ildə xarici kəşfiyyat orqanlarının 400-ə yaxın rütbəli əməkdaşının fəaliyyətinin qarşısı alınıb.

BAKI, 26 fev-Sputnik. "Qərbdə bizə dost olmayanlar Rusiyada payızda keçiriləcək seçkilərə hazırlaşır".

Sputnik-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında belə deyib.

O qeyd edib ki, ölkənin maraqlarının müdafiəsi uğrunda qanunauyğun şəkildə fəaliyyət göstəriləcək.

Payızda keçiriləcək seçkilərə münasibət bildirən Putin, xarici müdaxilə cəhdləri Rusiyanın suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndiriləcək.

Ататюрк бы, наверное, в гробу перевернулся - Путин об исламизации Турции - Sputnik Azərbaycan
RUSİYA
"Mən 146 milyon əhalisi olan Rusiya Federasiyasının lideriyəm"

"Bu cür cəhdlərə adekvat reaksiya veriləcək. Ksenofob və radikal şüarlardan istifadə edərək cəmiyyətimizi parçalamağa istiqamətlənmiş hərəkətlərin qarşısını almaq üçün lazımi tədbirlər görüləcək." — deyən prezident bu texnologiyalardan bir sıra ölkələrdə istifadə olunduğunu xatırladıb.

"Bu, bizim dövlət suverenliyimizə birbaşa təhlükədir və biz ona qarşı lazımi reaksiyanı göstərəcəyik" — deyə Putin əlavə edib.

Rusiya prezidenti ölkə ərazisində xarici xüsusi xidmət orqanlarının fəaliyyətindən də bəhs edib: "Xarici xüsusi xidmət orqanları Rusiyada xüsusi fəallıq göstərirlər və öz fəaliyyətlərini gücləndirirlər. Ötən ildə baş verənlər bizim qənaətimizi təsdiqləyir. 2015-ci ildə xarici kəşfiyyat orqanlarının 400-ə yaxın rütbəli əməkdaşının fəaliyyətinin qarşısı alınıb. Onlardan 23-ü cinayət məsuliyyətinə cəlb olunub".

Xəbər lenti
0