BAKI, 26 fev-Sputnik. İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin məlumatına görə, R. Əliyevin meyiti bu gün "Cristall hall" yaxınlığında dənizdə aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.