BAKI, 26 fev-Sputnik. Bu gün Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Sputnik kremlin.ru-ya istinadla xəbər verir ki, prezidentlər telefon rabitəsi zamanı ölkələr arasında əməkdaşlığa dair aktual məsələlər, ilk növbədə ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsini davam etdiriblər.
İki ölkə prezidenti arasında ötən gün də telefon danışığı olmuşdu. Prezidentlər bəzi aktual ticarət və iqtisadi məsələlərlə yanaşı, beynəlxalq arenada son prosesləri də müzakirə etmişdilər.
Hər iki ölkənin liderləri Suriya ətrafında baş verənləri müzakirə edərək Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilmişdi.