BAKI, 25 fev-Sputnik. Bu gün səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sputnik kremlin.ru saytına istinadla xəbər verir ki, prezidentlər bəzi aktual ticarət və iqtisadi məsələlərlə yanaşı, beynəlxalq arenada son prosesləri də müzakirə ediblər.
Hər iki ölkənin liderləri Suriya ətrafında baş verənləri müzakirə edərək Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.