Gürcüstanın sabiq dövlət nazirini güllələdilər

© AP Photo / Lynne SladkyKriminal
Kriminal - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edilib.

BAKI, 26 fev — Sputnik. Naməlum şəxslər Gürcüstanın Azad Demokratlar Partiyasının liderlərindən biri, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə sabiq dövlət naziri Aleksi Petriaşviliyə hücum edib, ona fiziki xəsarətlər yetirirək hər iki ayağından güllələyiblər.

Sputnik-in “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in açıqlamasında deyilir.

İlkin informasiyaya əsasən A. Petriaşvili 3 dostu ilə birlikdə sabiq diplomat Levan Mikeladzenin məzarını ziyarət edərkən hücuma məruz qalıb. Hadisə barədə polisə cinayət hadisəsinin baş verdiyi ərazinin sakinləri xəbər verib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi açılıb.

Gürcüstan DİN hadisə şahidlərini istintaqla əməkdaşlıq etməyə çağırıb. A. Petriaşvilinin vəziyyəti hazırda stabildir.

Xəbər lenti
0