CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başa çatıb

© APAİlhamə Quliyeva ilə vida mərasimi
İlhamə Quliyeva ilə vida mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

BAKI, 26 fev — Sputnik. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili, xalq artisti Zeynəb Xanlarova, millət vəkili Elmira Axundova, xalq artistləri Yalçın Rzazadə, Canəli Əkbərov, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayev və digər şəxslər iştirak edib.

Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilib.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev İlhamə Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib. Nazir onun ölümünün Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu deyib: “İlhamə Quliyeva Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi. İlhamə xanım iyirmidən artıq ölkədə Azərbaycan musiqisini şərəflə təbliğ edib. İlhamə Quliyevanın xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

Mərasimdə xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinov da çıxış edib.  

Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb.

İlhamə Quliyeva dünən səhər saatlarında evində vəfat edib.

Xəbər lenti
0