CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğursuz qarətçilər Bakının mərkəzində Britaniya vətəndaşına hücum etdilər

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidЧеловек в маске балаклавы. Архивное фото
Человек в маске балаклавы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə soyğunçularının Britaniya vətəndaşını qarət etmək cəhdi uğursuz olub.

BAKI, 26 fev-Sputnik. Bakının mərkəzində üç nəfər maskalı şəxs Böyük Britaniya vətəndaşına hücum ediblər. Hazırda cinayətkarların kimliyi araşdırılır.
Bu barədə Sputnik-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Dünən BP-nin podratçı şirkətinin əməkdaşı olan 1959-cu il təvəllüdlü Yanq Endri polisə müraciət edib. O bildirib ki, fevralın 19-da saat 02.00 radələrində Teymur Quliyev küçəsində 108 saylı evin qarşısında ona üç nəfər maskalı şəxs hücum edib. Cinayətkarlar əcnəbini yerə yıxaraq üst-başını axtarıblar və ondan üzərindəki pul və qiymətli əşyaları tələb ediblər. Lakin Endri gecə saatlarında elə bir hay-küy salıb ki, soyğunçular sayca üstünlüklərinə baxmayaraq, ondan heç nə qoparda bilməyib qaçıblar.

Britaniya vətəndaşı polisə gec müraciət etməsinin səbəbini müraciət edib-etməmək barədə tərəddüdü ilə əlaqələndirib. Çünki soyğunçular əslində ondan heç nə apara bilməyiblər.

Nəsimi RPİ-dən verilən məlumata görə, cinayətkarların şəxsiyyəti hələ müəyyən edilməyib. Rayonun 22 saylı polis bölməsinin əməliyyatçıları hazırda bu istiqamətdə işləyirlər. Hücum anının şəhərin mərkəzində çoxlu sayda olan kameralara düşdüyü istisna edilmir.

Yanq Endri uzun müddətdir ki, Azərbaycanda işləyir.

Xəbər lenti
0